Xalq artisti fəxri adlar barədə: “Bu mədəniyyətsizlikdir”

“Fəxri adların ləğv ediləcəyi barədə hələ rəsmi şəkildə heç bir söz deyilməyib. Amma köhnələrdən fəxri adların alınacağına inanmıram. Bilirsiniz, bu artıq mədəniyyətsizlikdir. Belə bir şey ola bilməz. Xalq artistləri, Əməkdar artistlər var”.
"Cebheinfo.az" pravda.az-a istinadən xəbər verir ki, bunu Xalq artisti Afaq Bəşirqızı deyib.
O bildirib: “Bundan sonra fəxri adların verilməyəcəyi məsələsinə gəlincə, bəli, çoxdandır, heç kimə fəxri ad verilmir. Demək olar ki, hər gün beş-altı nəfər fəxri ad alırdı. Fikirləşdim ki, bu, bir ajiotajdır. Amma indi bir az ara verilib. Yəqin ki, dövlət planında bu barədə nəsə fikir var. Hər halda tezliklə bilinəcək ki, nədir, nə deyil.
Aktyorlara qarşı belə qayğısızlığın, etinazlığın olacağına inanmıram. Çünki cənab Prezident İlham Əliyev var. Heydər oğlu. Heydər Əliyevin Azərbaycan aktyorları, teatrı, incəsənəti üçün etdikləri misilsizdir. Fəxri adları ləğv etmək yox, əksinə, onun oğlu atasının etdiklərinin beş dəfə artığını edər. Hər halda hər şey yaxşı olacaq”.
"Cebheinfo.az"