Rusiyadan antiterror əməliyyatı ilə bağlı İLK AÇIQLAMA
"İndi bizim təmaslarımız var, o cümlədən Azərbaycan tərəfi ilə".
Cebhe.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə Qarabağ ərazisində antiterror tədbirlərinin keçirilməsi ilə bağlı rəsmi Bakının Moskvanı xəbərdar edib-etməməsi ilə bağlı sualı cavablandırarkən deyib.
“Hesab edirəm ki, yaxın gələcəkdə təmasların nəticələrinə əsasən Xarici İşlər Nazirliyi vasitəsilə müvafiq bəyanat veriləcək. Bildirişlə bağlı bu məlumatı Azərbaycan tərəfdən alırıq”, - deyə o qeyd edib.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi lokal xarakterli antiterror tədbirlərinə başlanıldığını açıqlayıb.
Görülən tədbirlər barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyinə məlumat verilib.
Xəzər
Cebhe.info