Daha bir siyasi partiya ləğv edildi: Məhkəmədən qərar

Daha bir siyasi partiya ləğv edildi: Məhkəmədən qərar

Ədliyyə Nazirliyinin Azad Demokratlar Partiyasının (AzDP) ləğv edilməsi üzrə müraciəti əsasında məhkəmə prosesi keçirilib.

"Cebheinfo.az" Modern.az-a istinadən xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Nigar Nəbizadənin sədrliyi ilə keçirilən prosesdə müraciət təmin olunub. Partiyanın fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.

***

12:28

Xəbər verdiyimiz kimi, Ədliyyə Nazirliyi Azad Demokratlar Partiyasının ləğv edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Bu gün işlə bağlı şifahi məhkəmə baxışı keçiriləcək.

Məhkəmə baxışı saat 14:30-a təyin edilib.

Qeyd edək ki, iş Bakı Apellyasiya Məhkəməsində hakim Nigar Nəbizadənin sədrlik etdiyi heyətin icraatındadır.

Qeyd edək ki, Azad Demokratlar Partiyası 6 iyul 2014-cü ildən fəaliyyət göstərirdi. Partiyanın qurucusu və sədri Sülhəddin Əkbərdir.

"Cebheinfo.az"