QHT qida zəhərlənmələrinin qarşısını almaq üçün təlimlərə başlayıb - FOTOLAR

QHT qida zəhərlənmələrinin qarşısını almaq üçün təlimlərə başlayıb - FOTOLAR

"Azad İstehlakçılar" İctimayi Birliyi (AİİB) uzun illərdir ki, ölkədə qida zəhərlənmələrinin səbəblərini araşdırır və Azərbaycan istehlakçılarının qidadan zəhərlənmə ststistikasında  ev şəraitində hazırlanan konservləşdirilmiş meyvə-tərəvəz məhsullarından zəhərlənmə hallarının daha çox olduğunu müşahidə edib.

"Cebhe.info" xəbər verir ki, bu barədə layihə rəhbəri Eyyub Hüseynov məlumat verib.

Onun sözlərinə görə, AİİB- daim iş apararaq istehlakçıları ev şəraitində meyvə-tərəvəz konservləri hazırlamaqdan çəkindirməyə və bu kimi malların bazarlarda satışını məhdudlaşdırmağa çalışsa da, ailələrin uzun illərdir ki, məişətinə daxil olan bu “ənənəni” ildən ilə az da olsa azaltmağa nail olsa da yox etməyə nail ola bilməyib. Bir çox hallarda meyvə-tərəvəz konservləri təkcə ailənin tələbatı üçün deyil, eləcə də satış məqsədilə istehsal olunduğu, hətta bu kimi malları satan dükanların da mövcudluğu reallığa çevrilib.

Ailə ənənələrinə çevrilmiş bu vəziyyətin məhdudlaşdırılması ilə yanaşı, AİİB, meyvə-tərəvəz konservləşdirilməsinin istehsalının təhlükəsız icra olunmasına kömək etmək məqsədilə qrant proqramlarına layihə vermək qərarına gəlmiş və hazırda Aİ İB Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Təhlükəsiz qida məhsullarının ev şəraitində hazırlanmaqla bazara çıxışının təşviqi”  layihəsinin icrasını uğurla davam edir. Hədəf ərazi olaraq seçilmiş Ağcabədi rayonunun Hindarxı qəsəbəsində 01 və 03  iyul tarixlərdə 10 nəfərdən ibarət hədəf qrupa “Təhlükəsiz qida məhsullarının bazara çıxışının asanlaşdırılması-marketinq" (təlimçi Xəlil Süleymanov) və “Təhlükəsiz tərəvəz qida məhsulları istehsalının əsasları” (təlimçi Yaşar İsgəndərov) mövzularında təlim keçirilib.

İştirakçılar evdə hazırlanmış turşulardan zəhərlənmələrə tez-tez rast gəlindiyini qeyd etməkə mövzunun aktuallığını qeyd etmiş və onları maraqlandıran suallarla təlimçilərə müraciət ediblər. İştirakçılara mövzuya dair buklet paylanılmışdır. Təlimçilər iştirakçıların suallarını ətraflı cavablandırıblar. Çay fasiləsindən sonra hər bir təlimdə müzakirələr davam etdirilib. Təlimlərin hər biri  iştirakçılar tərəfindən qiymətləndirilib. Təlim iştirakçılarına müvafiq olaraq sertfikat təqdim edilib.

İştirakçılar Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və Aİ İB-nə təşəkkürlərini bildirməklə yanaşı anoloji təlimlərin daha geniş ərazilərdə davamlı keçirilməsinin zəruri olduğunu vurğulayıblar.

"Cebhe.info"