Şagirdlərin məktəbə telefon gətirməsi: Bu, qadağan olunmalıdır, yoxsa...? – Şura sədrindən AÇIQLAMA

Şagirdlərin məktəbə telefon gətirməsi: Bu, qadağan olunmalıdır, yoxsa...? – Şura sədrindən AÇIQLAMA

Tədris ilinin başlanması ilə bir sıra məsələlər yenidən müzakirə olunub.

Yeni dərs ilinin başlamazdan öncə məktəbli forması ilə bağlı başlanan müzakirələr şagirdlərin məktəbə telefon aparması üzərində davam edir.

Bəziləri telefonun valideyn və uşaq arasında əlaqə vasitəsi olduğunu əsas gətirərək bunun vacib olduğunu vurğulayırlar. İnsanların bir qismi isə düşünür ki, telefon şagirdlərin fikrini dərsdən yayındırır. Həm də son günlər məktəbdə baş verən bəzi neqativ halların şagirdlər tərəfindən telefona çəkilib, yayıldığı iddia edilir.

Təhsil Nazirliyindən bununla bağlı mətbuata açıqlamasında məktəbə şagirdin telefonla gəlməsinin qadağan olunmadığını bildirilib.

Bəs məktəbdə şagirdlərə telefon lazımdırmı? Yoxsa qadağa olunmalıdır?

Bununla bağlı Cebhe.info-ya açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova deyib ki, qadağa heç nəyi dəyişməyəcək:

“Qadağanı istəsək də belə edə bilməyəcəyik. Biz telefonlardan dərs vəsaiti kimi necə istifadə edə biləcəyimizə haqda düşünməliyik. Dünyanın bir çox yerlərində telefonları alırlar. Amma dərslər planşetlərlə keçirilir. Onu təhsil sistemində istifadəsinin yaxşı, effektiv rolunu tapmaq lazımdır. Qadağa edilsə belə, nəticədə uşaq iki telefon da gətirə bilər. Sadəcə, həmin telefonlardan təhsilə kömək kimi, təhsil almaqda istifadə etmək lazımdır. Qadağalar işə yaramır, müəyyən müddət inzibati cəza kimi ola bilər. Uşaqlar telefondan istifadə etməklə keçdikləri mövzunu “Google”da, “YouTube”da daha rahat araşdıra bilərlər”.

Günay Şahmar
Cebhe.info