Amsterdamda yeni otellərin tikintisi qadağan olundu

Amsterdamda yeni otellərin tikintisi qadağan olundu

Amsterdam meriyası kütləvi turizmlə mübarizə çərçivəsində şəhər daxilində yeni otellərin tikintisini qadağan edib.

"Cebhe.info" merin bəyanatına istinadən xəbər verir ki, tədbir “şəhərin sakinləri və qonaqları üçün yaşamaq üçün şərait yaratmaq” istəyindən irəli gəlir.

Bildirilir ki, Amsterdamda yeni otellər ancaq o halda tikilə bilər ki, başqa bir otel bağlansın, yatmaq üçün yerlərin sayı artmasın. Lakin bu qayda artıq icazə almış yeni otellərə şamil edilmir.

Qeyd edək ki, burada əsas məqsəd şəhərə hər il gələn milyonlarla turisti həvəsdən salmaq onların sayını fəal şəkildə məhdudlaşdırmaqdır.

Xatırladaq ki, ötən il Amsterdam Şəhər Şurası kruiz gəmilərinin qadağan edilməsi və kruiz terminalının bağlanması üçün səs vermişdi.

Nigar Hacılı 
"Cebhe.info"