Fransa komendant saatı tətbiq edəcək

Fransa komendant saatı tətbiq edəcək

Fransanın Karib dənizində yerləşən Qvadelupa adasında cinayət hallarının artması səbəbindən yetkinlik yaşına çatmayanlar üçün müəyyən saatlarda komendant saatı tətbiq edilib.

"Cebhe.info" xəbər verir ki, Fransanın daxili işlər naziri Gerald Darmanin, Fransanın Karib dənizindəki xarici ərazisi olan Qvadelupa adasında artan cinayət nisbətini əsas gətirərək, Puante-a-Pitre şəhərində saat 20:00-dan sonra azyaşlılar üçün komendant saatı tətbiq ediləcəyini açıqlayıb.

Adaya səfər edən Darmanin həftənin əvvəlindən qüvvəyə minəcək komendant saatının 2 ay müddətində tətbiq ediləcəyini bildirib.

Qərarın Pointe-a-Pitre şəhərinin meri Harri Durimelin xarici ərazilər üzrə nazir müavini Mari Guevenoux ilə görüşündən sonra qəbul edildiyi öyrənilib.

2020-ci ildən bələdiyyə sədri vəzifəsini icra edən Durimel, yetkinlik yaşına çatmayanlar arasında cinayət nisbətinin 12 faizdən 38 faizə yüksəldiyini bildirib.

Nigar Hacılı 
"Cebhe.info"