KTMT bu il Belarusda beş birgə hərbi təlim keçirməyi planlaşdırır

KTMT bu il Belarusda beş birgə hərbi təlim keçirməyi planlaşdırır

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) bu il Belarusda beş birgə hərbi təlim keçirməyi planlaşdırır.

Bu barədə KTMT-nin Birgə Qərargahının mətbuat katibi Vladislav Şeqrikoviç açıqlama verib.

Qərargah sözçüsü qeyd edib ki, 28-30 mart tarixlərində baş tutan danışıqlar zamanı Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistanın aidiyyəti üzrə nazirlik və idarələrinin, həmçinin KTMT Katibliyinin və Birgə Qərargahın nümayəndələri iştirak ediblər.

Qərargah danışıqlarının yekunlarına əsasən qərara alınıb ki, KTMT-nin kollektiv qüvvələrinin birgə kompleks təlimləri həyata keçiriləcək və bu, ən yüksək formatda - "Döyüş Qardaşlığı” adlı birgə əməliyyat-strateji təlimi şəklində baş tutacaq.

Sözçü onu da əlavə edib ki, “Döyüş qardaşlığı - 2023” adlı birgə əməliyyat-strateji təlimi çərçivəsində Belarus ərazisində KTMT qoşunlarının müxtəlif komponentlərinin birgə və xüsusi təlimləri planlaşdırılıb.

“İlk dəfə olaraq Belarus ərazisində radiasiya, kimyəvi və bioloji müdafiə, həmçinin tibbi təminatın birgə tətbiqi ilə “Baryer-2023” adlı xüsusi təlimi keçiriləcək” – deyə Şeqrikoviç vurğulayıb.

Cebhe.info