Səadət Partiyasının deputatı CHP-yə qayıdır

Səadət Partiyasının deputatı CHP-yə qayıdır

Türkiyənin müxalifət partiyalarından olan Səadət Partiyasının deputatı Əli Fazil Kasap partiyadan ayrılıb.

“Cebhe.info” xəbər verir ki, o, Cümhuriyyət Xalq Partiyasına (CHP) qayıdıb.

CHP Ə.F.Kasapı parlament seçkilərində Səadət Partiyasının Türkiyə Böyük Millət Məclisində qrup qura bilməsi üçün göndərmişdi. Beləliklə, son günlərdə 2 deputat CHP-yə qatıldı.

Xatırladaq ki, bir müddət öncə də deputat Ayşə Sibel Yanıkömeroğlu İYİ Partiyadan istefa verərək, CHP-yə keçmişdi. Partiyanın sədri Meral Akşenerin onun barəsində dediyi “partiyadan ayrılacaq son dostumdu” sözü isə xeyli diqqət çəkmişdi. 

Elmir Mustafa
“Cebhe.info”