İranda PUA hücumu nəticəsində 2 nəfər həlak olub

İranda PUA hücumu nəticəsində 2 nəfər həlak olub

İranın cənub-şərqindəki Sistan-Bəlucistan əyalətində təhlükəsizlik qüvvələrinin silahlı pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində 2 nəfərin həlak olduğu bildirilib.

“Cebhe.info” “İRNA”-ya istinadən xəbər verir ki, vilayətin Şuru bölgəsində “terror təşkilatı” üzvlərinə məxsus avtomobil təhlükəsizlik qüvvələri tərəfindən PUA ilə hədəfə alınıb.

Hücumda 2 nəfərin öldüyü bildirilərkən, “terrorçu” adlandırılan şəxslərin hansı təşkilata mənsub olduğu bildirilməyib.

Nigar Hacılı
"Cebhe.info