Azərbaycanda general vəfat etdi

Azərbaycanda general vəfat etdi

Gömrük xidməti general-mayoru Arif Əliyev vəfat edib.

"Cebhe.info" xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a onun ailəsindən bildirilib.

A.Əliyev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, Arif Əliyev uzun illər gömrük orqanlarında xidmət edib. Ona 2006-cı ildə gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilib.

"Cebhe.info"