“Liverpul”un yeni baş məşqçisi o ola bilər - Özü açıqladı
“Feyenoord”un çalışdırıcısı Arne Slot “Liverpul”un baş məşqçi postuna gəlməsi ilə bağlı danışıqlar apardığını təsdiqləyib.
O, bu barədə ESPN-ə danışıb.
45 yaşlı mütəxəssis klubların razılığa gəlməsini gözlədiyini bildirib: “Liverpul”un məşqçisi olmaq istəyirəm və bu qərarım qətidir. Hazırda “Feyenoord” və “Liverpul” danışıqlar aparır, nəticəni gözləyirəm. Əminəm ki, klublar razılığa gələcək”.
"Cebhe.info"