Trampdan Rusiyaya GÖZDAĞI

Trampdan Rusiyaya GÖZDAĞI

"ABŞ heç bir zaman Polşanı yalnız buraxmayacaq". 

“Cebhe.info” xəbər verir ki, bu sözləri ABŞ-nin sabiq dövlət rəhbəri və prezident seçkilərinə yenidən namizədliyini irəli sürmüş Donald Tramp deyib. 

O, qeyd edib ki, ABŞ heç vaxt Rusiyaya Polşaya müdaxiləsinə imkan verməyəcək: 

"Əgər  Polşa ərazisinə müdaxilə olarsa, Birləşmiş Ştatlar bütün imkanları ilə Polşanı müdafiə edəcək. Polşa NATO qarşısında öhdəliklərini yerinə yetirir”. 

Tramp Vaşinqtonun Polşanın təhlükəsizliyinə xüsusi önəm verdiyini bildirib: 

“Polşada ABŞ qoşunlarının sayı artırıla bilər və biz oraya nüvə silahı yerləşdirə bilərik. ABŞ Polşanı yalnız qoymayacaq”.

Yunis Abdullayev 
“Cebhe.info”