Biləsuvar sakini qoşqudan yıxılaraq boynunu sındırıb

Biləsuvar sakini qoşqudan yıxılaraq boynunu sındırıb

Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, rayon sakini, 1979-cu il Nahid Abdullayev traktorun qoşqusunda olan ot bağlamalarının üzərindən yerə yıxılıb.

Nəticədə o, ağır xəsarətlərlə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona burada 5-ci boyun fəqərəsinin sınığı diaqnozu qoyulub və ilkin tibbi yardımdan sonra paytaxt xəstəxanalarından birinə təxliyə edilib.

Faktla bağlı araşdırma aparılır.

"Cebhe.info"