Qədim sülaləyə aid xəzinə tapıldı

Qədim sülaləyə aid xəzinə tapıldı

Cənubi Çin dənizində aşkar edilmiş iki qədim gəmidən Min sülaləsinə aid mis sikkələr və bəzəkli saxsı məmulatlar da daxil olmaqla 1000-ə yaxın artefakt tapılıb.

“Cebhe.info”-nun Çin Milli Mədəni İrs Administrasiyasına istinadən  məlumatına görə, bir il davam edən axtarış əməliyyatı 2022-ci ildə Cənubi Çin dənizinin şimal-qərb kontinental yamacında suyun təxminən 5000 fut dərinliyində iki gəmi batması aşkar edildikdən sonra başlayıb. Qazıntıları həyata keçirmək üçün arxeoloqlar “Dərin Dəniz Döyüşçüsü” adlı ekipajlı sualtı qayıqdan istifadə ediblər.

Komanda ilk gəmi qəzasından 890 artefakt, o cümlədən mis sikkələr, çini və saxsı qablar aşkar edib.

İkinci gəminin batdığı yerdə 38 qalıq, o cümlədən taxta parçaları, çəllə qabıqları və buynuz aşkar edilib.

Metropolitan İncəsənət Muzeyinin məlumatına görə, 1368-1644-cü illərdə hökm sürən Çinin Min sülaləsi "mədəni bərpa və genişlənmə dövrü" idi.

Xəzər
“Cebhe.info”