Deputatdan Hesablama Palatasına təklif: “Hər iki qurum...”

Deputatdan Hesablama Palatasına təklif: “Hər iki qurum...”

"Hesablama palatasının işini dəyərləndirirəm və Azərbaycan reallığında gördükləri işin miqyasına görə də onlara təşəkkür edirəm. Hesabat ilində 5 səmərəlilik auditi keçirilmişdir. Elə çıxışımın fokusu səmərəlilik auditidir. İstəyirəm ki, Hesablama Palatası büdcə vəsaitinin idarəedilməsi üzrə Dövlət Sosial Müdafiə Fondunda və Sosial Xidmətlər Agentliyində səmərəlilik auditi keçirsin".

"Cebhe.info" xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında, deputat Razi Nurullayev deyib.

Deputat qeyd edib ki, ünvanlı dövlət sosial yardımının verilməsində səmərəlilik, düzgün idarəetmə, vəsaitin təyinatı üzrə istifadə edilməməsi, büdcə vəsaitinin bank hesablarında istifadəsiz qalması, ilin sonunda vəsaitlərin akkreditiv hesablara yönəldilməsi araşdırılsın:

"Eyni mexanizmin Sosial Xidmətlər Agentliyinə də tətbiq edilməsini rica edirəm. Bununla bərabər, vətəndaşlara normal maliyyə, əsaslı sosial xidmətlərin göstərilməsində həm qanunvericilik, həm də məsuliyyətsizlik nəticəsində yaranan maneələrin aşkara çıxarılması və ictimaiyyətə açıqlanmasını istəyirəm.  Mənə belə gəlir ki, hər iki qurum üzərinə düşən vəzifəni nəinki vicdanla yerinə yetirmir, həm də ciddi məsuliyyətsizlik və hesabatsızlıq görürəm".

Vilayət Muxtar
"Cebhe.info"