Azərbaycanın bu ərazilərində10 ballıq zəlzələ ola bilər

Azərbaycanın bu ərazilərində10 ballıq zəlzələ ola bilər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Azərbaycanda 10 ballıq tektonik bölgələrin mövcud olduğunu deyib.

O bildirib ki, Azərbaycan 8-9 ballıq zəlzələ zonasına aiddir:

"Lakin Azərbaycanda 10 ballıq bölgələr də mövcuddur. Zəlzələnin baş verəcəyi ilə bağlı qısamüddətli proqnoz dünyada yoxdur, ortamüddətli və uzunmüddətli proqnozları isə əvvəldən vermək olur. 20 il ərzində ölkədə maqnitudası 1,5 və 3-dən yuxarı olan çoxsaylı zəlzələlər baş verib".

Bəs Azərbaycanda 10 ballıq bölgələr haradır?

AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri, seysmoloq alim Ənvər Əliyev "Cebhe.info"-ya açıqlamasında bildirib ki, Azərbaycan ərazisində 3 qradatsiya (birləşməsinin) üzrə - 5-6, 6-7 və 8-9 ballıq zəlzələ regionları var:

“Bu regionlardan biri Kür-Araz ovalığıdır. Buranın bəzi hissələri 5-6 ballıq zəlzələ bölgələridir. Ən güclü zəlzə zonası isə Şəkidən şərqə doğru, yəni Şamaxıya qədər olan ərazilərdir. Güclü zəlzələnin digər bir hissəsi isə Naxçıvan ərazisinə düşür.

Eləcə də Böyük və Kiçik Qafqazın bəzi hissələri daxil, Tovuz-Qazax bölgəsində 8-9 ballıq ərazilər də var. Xəzər dənizində də 10 bal gücündə olan zəlzələ ocaqları mövcuddur. Abşeron yarımadasının Şahdili ərazisi ilə Kür deltasına qədər olan ərazilər yüksək - 10 ballıq zonalardır. Bakı şəhərində isə güclü zəlzələ olmayıb. Lakin bu ciddi təhlükə var, demək deyil".

Naibə
"Cebhe.info"