Bakının məşhur liseyində kütləvi yoluxma

Bakının məşhur liseyində kütləvi yoluxma

Bakıdakı 20 nömrəli məktəb-liseydə qızılcaya kütləvi yoluxma halı qeydə alınıb.

Bu barədə Cebhe.info-ya valideynlər məlumat veriblər. Bildirilib ki, 5 və 6-cı siniflərin şagirdləri arasında qızılcaya yoluxanlar var.

Bununla bağlı olaraq bəzi sinif rəhbərləri valideynlərə müraciət edərək övladlarını dərsə göndərməmlərini məsləhət görüblər.

Məlumata görə, yoluxanlar arasında müəllimlər də var.

Elm və Təhsil Nazirliyindən "Cebhe.info"-ya məsələnin araşdırılacağ bildirilib. 

Naibə
Cebhe.info