Jurnalistlər üçün müsabiqəyə yekun vuruldu: Cebhe.info və “Cümhuriyət” də qalibdir - FOTOLAR

Jurnalistlər üçün müsabiqəyə yekun vuruldu: Cebhe.info və “Cümhuriyət” də qalibdir - FOTOLAR

“Qadınlar Arasında Həmrəylik” İctimai Birliyi “Azərbaycanda məişət zorakılığı: problemlər və həlli yolları” mövzusunda jurnalistlər arasında keçirilmiş məqalə müsabiqəsinin nəticələrini açıqlayıb.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Resurs Mərkəzində müsabiqə qaliblərinin mükafatlandırılması təqdimatında çıxış edən birliyin sədri Ruhəngiz Hüseynova bildirib ki, 15 aprel-15 may aralığında davam edən müsabiqəyə ümumilikdə 11 məqalə təqdim edilib. Məqalələrin qiymətləndirilməsi üçün yazıçı- publisist Zümrüd Yağmur, “Demokratiyanı Öyrənmə” İctimai Birliyinin sədri Mirəli Hüseynov və “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli olmaqla 3 nəfərdən ibarət Qiymətləndirmə Komissiyası yaradılıb. Komissiya məqalələri öncədən bəyan edilən 6 meyar üzrə qiymətləndirib. Qiymətləndirmənin nəticəsi olaraq “Zorakılığın xronikləşməsi bizi hara aparır?” məqaləsi ilə I yerin qalibi Azər Əli, “Məişət zorakılığı ailədaxili məsələ deyil, gender problemidir” məqaləsi ilə II yerin qalibi Könül Alı və “Evi məzarına çevrilənlər: Mühafizə orderi qadınları necə qoruyur?” məqaləsi ilə III yerin qalibi isə Cebhe.info“Cümhuriyət” qəzetinin redaktoru Elnarə Kərimova olub. I yerin qalibi 1000 manat, II yerin qalibi 800 manat, III yerin qalibi isə 700 manat pul məbləği ilə mükafatlandırılıblar.

Müsabiqə Avropa Ittifaqının maliyyə dəstəyi ilə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən həyata keçirilən “Azərbaycanda həssas qurupların hüquqlarının müdafiəsi” Proqramı çərçivəsində “Qadınlar Arasında Həmrəylik” İctimai Birliyi tərəfindən icra olunan “Azərbaycanda qadınlara qarşı məişət zorakılığı ilə mübarizə” layihəsi çərçivəsində reallaşdırılıb.

Cebhe.info