Psixoloq yol göstərdi: Özümüzə necə hörmət edək?

Psixoloq yol göstərdi: Özümüzə necə hörmət edək?

İnsan özünə hörmətini təkbaşına da qaldıra bilər.

"Cebhe.info" "Lenta.ru"-ya istinadən yazır ki, psixoloq Svetlana Xodarevskaya bunu necə etmək barədə məsləhətlər verib.

Mütəxəssisin fikrincə, özünə hörmətlə bağlı problemləri həll etmək üçün öz üzərində işləməyə başlamaq lazımdır:

"Birincisi, fərdiliyinizə hörmət etməli, özünüzü bütün güclü və zəif tərəflərinizlə qəbul etməlisiniz. İkincisi, başqalarının xeyrinə qurban verməkdən imtina etmək və özünüzə, emosional vəziyyətinizə və bədəninizə diqqət yetirməyə başlamaq vacibdir".

Psixoloq özünüzə bu sualları verməyi məsləhət görür: “Mənə nə lazımdır?”, “Mən nə istəyirəm?”

Xodarevskaya mühitinizi dəyişməyi tövsiyə edir. Onun fikrincə, dəstək və insanı başa düşməyi bacaranlarla ünsiyyət qurmaq lazımdır:

"Nəhayət, özünü inkişaf etdirməyə daha çox vaxt ayırmaq vacibdir - daha çox oxumaq, filmlərə baxmaq və ağıllı insanlarla ünsiyyət qurmaq lazımdır".

Xəzər

"Cebhe.info"