18 nəfəri sel aparıb

18 nəfəri sel aparıb

Bazar günündən bəri davam edən leysan yağışlar Körfəz ölkəsi Omanda daşqınlara səbəb olub. 

"Cebhe.info" xəbər verir ki, başda Maskat, Şimali Əl Batina, Cənubi Əl Batina, Es Sharkiye, Ez Zahire və Ed Dahiliye olmaqla, bir çox bölgə su altında qalıb. Oman Milli Fövqəladə Halların İdarə Edilməsi Komitəsinin verdiyi açıqlamada leysan yağışlar nəticəsində ən azı 18 nəfərin öldüyü bildirilib.

Həyatını itirənlərdən 10-nun tələbələr olduğu bildirilib. Oman Kral Polisi və Oman ordusu daşqından zərər çəkmiş bölgələrdə qapalı qalanları təxliyə etmək üçün səfərbər edilib.

Meteorologiya xidməti Musandam, Ez Zahire, El Buraymi, El Batina və Ed Dahiliye bölgələrində leysan xarakterli yağışların olacağı barədə xəbərdarlıq edib, Maskat və Əl Vusta bölgələrində arabir yağış yağacağı gözlənilir. Güclü yağış qonşu Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn, Qətər və Səudiyyə Ərəbistanına da təsir edib. BƏƏ-də magistral yolları su basıb, Dubay Beynəlxalq Hava Limanında uçuşlar dayandırılıb. 

Dövlət məktəbləri bu gün və sabah distant təhsilə keçib. 

Ləman İsmayıl 
"Cebhe.info"