ABŞ-ın İraqdakı bazası yenə vuruldu

İraqın qərbindəki Ənbər əyalətində ABŞ-ın Ayn əl-Əsəd aviabazasına hücum həyata keçirilib.
Cebhe.info xəbər verir ki, bu barədə "Sky News Arabia" telekanalı məlumat yayıb.
Bildirilir ki, Amerika bazasına hücum səhər saatlarında baş verib. Dəymiş ziyanla bağlı məlumat verilməyib.
“İraqın İslam Müqaviməti” qruplaşması noyabrın 20-də axşam yaydığı bəyanatda hərbi bazaya pilotsuz uçuş aparatı (PUA) vasitəsilə hücum etdiyini və hədəfi vurduğunu açıqlayıb.
Nigar Hacılı
Cebhe.info