“Bunu deyənlər Azərbaycan futbolunun düşmənləridirlər”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycanda kifayət qədər istedadlı futbolçu olduğunu deyib.
"Cebheinfo.az" xəbər verir ki, bu gün keçirdiyi mətbuat konfransında o bildirib:
“Son 10 ildə bəlkə də 50 istedadlı oyunçunu itirmişik. 2017 və ya 2018-ci ildə U-19 yığmalarının Avropa çempionatının elit raundunda həlledici görüş Azərbaycan və Gürcüstan arasında idi. Həmin matçda qələbə qazandıq. O zaman Gürcüstan komandasının heyətində forma geyinən Xviça Kvaratsxeliya PSJ ilə Çempionlar Liqasının finalına yüksəldi. Bizim futbolçular isə Azərbaycan çempionatından kənara çıxa bilmirlər.
"Azərbaycanda futbol yoxdur" deyənlər Azərbaycan futbolunun düşmənləridir. Futbol da var, istedadlı oyunçular da. Təəssüf ki, müəyyən dövrdə buraxılan səhvlərə görə istedadlı yetirmələri itiririk, onlar böyük futbolçu kimi yetişə bilmirlər".
"Cebheinfo.az"