Çin Hindistan və Pakistana çağırış etdi

Çin Hindistan və Pakistanı gərginliyi azaltmağa və təmkinli olmağa çağırıb.
"Cebheinfo.az" xəbər verir ki, Çin Xarici İşlər Nazirliyindən bu gün verilən açıqlamada Çinin Hindistan və Pakistan arasındakı gərginliklə bağlı son hadisələri yaxından izlədiyi və gərginliyin artmasından narahat olduğu xatırladılıb.
Bəyanatda Hindistan və Pakistanı sülh və sabitliyi qoruyaraq artan gərginlik qarşısında mülayim davranmağa çağırıb və qeyd olunub ki, tərəflər gərginliyin daha da pisləşməsinə səbəb ola biləcək təşəbbüslərdən çəkinməlidirlər.
Məlumatda Çinin bununla bağlı konstruktiv rol oynamağa davam etməyə hazır olduğu da vurğulanıb.
Nigar Hacılı
"Cebheinfo.az"