Pakistan Hindistanın yüksəkrütbəli hərbçisini məhv edib

Pakistan Silahlı Qüvvələri Hindistan tərəfinin hərəkətlərinə cavab olaraq keçirilən "Banyan ul-Marsus" ("Qurğuşunla örtülmüş divar") genişmiqyaslı hərbi əməliyyatı nəticəsində yüksəkrütbəli hindistanlı hərbçi məmuru məhv ediblər.
Oxu.Az-ın xəbərinə görə, bu barədə PTI agentliyi məlumat verib.
Nəticədə komissarın müavini Rac Kumar Thapa və onun iki əməkdaşı ağır yaralanaraq xəstəxanaya yerləşdiriliblər. Həkimlərin səylərinə baxmayaraq, yüksək vəzifəli məmuru xilas etmək mümkün olmayıb. Digər zərərçəkənlərin vəziyyəti kritik olaraq qiymətləndirilir.
Xatırladaq ki, Pakistan Hindistan tərəfinin hərəkətlərinə cavab olaraq Hindistana qarşı genişmiqyaslı "Banyan ul-Marsus" ("Qurğuşunla örtülmüş divar") hərbi əməliyyatına başlayıb. Nəticədə Pakistan Silahlı Qüvvələri Hindistan ərazisindəki çoxsaylı strateji hədəfləri, o cümlədən aviabazaları, aerodromlara, hərbi qərargahları və "Bramos" raket anbarı vurublar. Həmçinin bildirilir ki, Hindistanın elektrik şəbəkəsinin 70%-i kiberhücumlar nəticəsində sıradan çıxarılıb.
"Cebheinfo.az"