"Uzak Şehir"in mövsüm finalı tarixi bəlli oldu

"Uzak Şehir"in mövsüm finalı tarixi bəlli oldu

Türkiyənin "Kanal D" telekanalının reytinqləri alt-üst edən serialı "Uzak Şehir"in mövsüm finalı tarixi bəlli olub.

"Cebheinfo.az" xəbər verir ki, sevilən ekran işinin 28-ci bölümü ilə mövsümü başa vurması planlaşdırılır.

Sözügedən bölüm 2 iyunda yayımlanacaq. Layihənin nəfəs kəsəcək mövsüm finalı bölümü ilə ekranlara gələcəyi bildirilir.

Qeyd edək ki, "Uzak Şehir"də Ozan Akbaba, Sinem Ünsal, Alper Çankaya, Dilin Döğer, Sahra Şaş, Atakan Özkaya, Ferit Kaya, Gonca Cilasun və Nursel Köse kimi məşhurlar çəkilir.

Elmir Mustafa
"Cebheinfo.az"