Arda Turan Ukraynaya gedir

Arda Turan Ukraynaya gedir

Ukraynanın "Şaxtyor Donetsk" klubu türkiyəli mütəxəssis Arda Turanı baş məşqçi təyin etmək istəyir.

"Cebheinfo.az" xəbər verir ki, artıq tərəflər arasında ilkin razılıq əldə olunub.

Son anda bir anlaşmazlıq olmayacağı təqdirdə, türk çalışdırıcının yeni mövsümdən etibarən Ukrayna təmsilçisinin başında olması gözlənilir.

Qeyd edək ki, Arda Turan 2023-cü ildən etibarən çalışdırdığı "Eyüpspor"u ötən mövsüm Super Liqaya yüksəltməyi bacarıb.

Onun komandası əsas liqada yeni olmasına baxmayaraq, avrokuboklar üçün mübarizə aparır.

38 yaşlı baş məşqçi İstanbul komandasının başında meydana çıxdığı 81 matçda 44 qələbə qazanıb.

Onun komandası sözügedən matçlarda 14 dəfə bərabərə qalıb, 23 dəfə isə məğlub olub.

Elmir
"Cebheinfo.az"