Nazir Azərbaycanda keçirilən Türkiyə-İsrail rəsmilərinin görüşündən danışdı

Nazir Azərbaycanda keçirilən Türkiyə-İsrail rəsmilərinin görüşündən danışdı

Diplomatiyanın əsas məqsədi hansısa problem varsa onun çözülməsinə kömək və dəstəkdir.

"Cebheinfo.az" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov "Azərbaycanın vasitəçiliyi ilə Türkiyə və İsrail danışıqları" ilə bağlı suala cavabında deyib.

Nazir bildirib ki, Türkiyə və İsrailin Azərbaycanda keçirilən təmaslarla bağlı Türkiyə və İsrail tərəfləri özü açıqlama verir:

"Bu açıqlamalar Azərbaycan tərəfindən verilmir. Hesab edirəm ki, bununla bağlı mümkün olan sözlər deyilib".

"Cebheinfo.az"