Dünyanın ən xoşbəxt şəhərləri – SİYAHI

Dünyanın ən xoşbəxt şəhərləri – SİYAHI

Hər il nəşr olunan "Xoşbəxt Şəhər İndeksi" hesabatının 2025-ci il nəticələri açıqlanıb.

"Cebheinfo.az" xəbər verir ki, “Xoşbəxt Şəhər İndeksi” şəhərlərin idarəetmə, vətəndaş iştirakı, iqtisadiyyat, səhiyyə, ətraf mühit və nəqliyyat kimi sahələrdə fəaliyyətini qiymətləndirir.

*Kopenhagen - İndeksə görə, Kopenhagen canlı mədəniyyət, idarəetmə və iqtisadi fəaliyyət mərkəzi kimi meydana çıxıb. Şəhər ekoloji davamlılığa sadiqliyi ilə də diqqət çəkib.

*Sürix - Siyahının ikinci pilləsində 993 xalla İsveçrənin Sürix şəhəri qərarlaşıb. Sürixin ekoloji cəhətdən təmiz nəqliyyat variantları, bərpa olunan enerji təşəbbüsləri və güclü səhiyyə sistemi şəhərin diqqətəlayiq xüsusiyyətlərindəndir.

*Sinqapur - Avropadan kənarda ən çox xal toplayan ölkə Sinqapur olub. Sinqapur ümumilikdə 979 bal toplayaraq indeksdə üçüncü yeri tutub. Sinqapur dünya şöhrətli universitetləri, yüksək vətəndaş fəallığı və çox aşağı işsizlik nisbətləri ilə seçilir.

*Orhus - Dördüncü şəhər də Danimarkada olan Orhusdur. Siyahıya 958 xalla daxil olan Orhus ölkənin ikinci ən böyük şəhəridir və aktiv vətəndaş iştirakı ilə tanınır.

*Antverpen - Belçikanın Antverpen şəhəri 956 xalla beşinci yerdə qərarlaşıb.

*Seul - Cənubi Koreyanın paytaxtı Seul 942 xalla siyahıda altıncı yerdə qərarlaşıb.

*London - Böyük Britaniyada ən çox xal toplayan şəhər olmasına baxmayaraq, London ilk 20-liyə düşə bilməyib. 842 xal toplayan şəhər 31-ci yerdə qərarlaşıb.

Londonun səmərəli nəqliyyat şəbəkəsi müsbət amil kimi görülsə də, onun 26 faizlik piylənmə səviyyəsi şəhərin reytinqinə mənfi təsir göstərib.

Siyahıdakı digər şəhərlər xallarına görə ən yüksəkdən aşağıya doğru sıralanıb:

*Stokholm - İsveç
*Taypey - Tayvan
*Münhen - Almaniya
*Rotterdam - Niderland
*Vankuver – Kanada
*Vyana - Avstriya
*Paris - Fransa
*Helsinki - Finlandiya
*Aalborg - Danimarka
*Berlin - Almaniya
*Nyu-York - ABŞ
*Drezden - Almaniya
*Brüssel – Belçika
*Cenevrə - İsveçrə.

Nigar Hacılı 
"Cebheinfo.az"