Həbsdəki bəstəkardan yeni musiqi: “Ti Amo”

Həbsdə olan bəstəkar Tural Bayraməliyev yeni musiqisini ictimaiyyətə təqdim edib.
"Cebheinfo.az" xəbər verir ki, “Ti Amo” adlı bəstə sevgi mövzusundadır.
Musiqi haqda danışan T. Bayraməliyev saytımıza bildirib ki, insan ürəyinin dərinliyində yerləşən ən möhtəşəm duyğu eşqdir:
“İnsanın fundamental mahiyyəti eşqdən ibarətdir. Bəzən insan əldə etmək istədiyi sevgiyə nail ola bilmir. Bəzən isə ona nail olsa da onun dəyərini bilmir. Bəzən çox gecikirik, bəzən də çox tələsirik. Bəzi ürəklərdə kədər olur, bəzən isə ülviyyət olur.
Amma sevgidən məhrum olan insanlar da var. Onlar dünyada bir çox nailiyyətlər əldə edə bilərlər, amma heç vaxt ülvi duyğuları olmur.
Ayrılıqlar isə hər zaman müvəqqəti olur, sevgi daimidir. Hər bir ayrılığın sonunda sevgi mütləq var”.
Musiqini təqdim edirik:
"Cebheinfo.az"