Şabranda avtomobil ağaca çırpılıb: İki qardaş ölüb

Şabranda avtomobil ağaca çırpılıb: İki qardaş ölüb

Bakı-Quba yolunun Şabran rayonunun Şahnəzərli kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şimal bürosu xəbər verir ki, "VAZ 21015" markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə avtomobildə olan iki qardaş Şabran rayonu, Gəndob kənd sakinləri, Elməddin və Əmrəli Fərzəliyevlər hadisə yerində həlak olublar.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"