Səfir: "Kədərli və sevincli anlarda birlikdə olmağı bizə..."

Səfir: "Kədərli və sevincli anlarda birlikdə olmağı bizə..."

"II Qarabağ müharibəsinin Azərbaycanın qələbəsi ilə başa çatması Ümummilli Lider Heydər Əliyevin bu mövzuda gördüyü işlərin nəticəsidir".

"Cebheinfo.az" xəbər verir  ki, bunu jurnalistlərə Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün deyib.

Səfir bildirib ki, "İki dövlət - bir millət" məsəli Türkiyə ilə Azərbaycanın münasibətlərində özünü doğruldub və daha da önə çıxıb:

"Ümummilli Lider və Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətinin qurucusu olan liderdir. II Qarabağ müharibəsinin Azərbaycanın qələbəsi ilə başa çatması Ümummilli Lider Heydər Əliyevin bu mövzuda gördüyü işlərin nəticəsidir. Türkiyə ilə Azərbaycanın münasibətlərində "İki dövlət - bir millət" məsəli özünü doğruldub və daha da önə çıxıb. Qarabağ müharibəsində, kədərli və sevincli anlarda birlikdə olmağı bizə Ulu Öndər Heydər Əliyev öyrədib. 6 fevral zəlzələsində də Azərbaycan tərəfi qardaşlığını bir daha göstərdi. Heydər Əliyevi biz əbədi olaraq anacağıq".

"Cebheinfo.az"