Trampdan gözlənilməz Çin açıqlaması

ABŞ Prezidenti Donald Tramp Ağ Evdəki Oval Ofisdə keçirilən imza mərasimində ABŞ-Çin ticarət danışıqları ilə bağlı açıqlama verib.
"Cebheinfo.az" xəbər verir ki, Tramp bu həftəsonu İsveçrədə ABŞ-nin maliyyə naziri Skott Bessentin qatılacağı danışıqlar barədə belə deyib:
“Biz Amerika üçün (Çin ilə) yaxşı bir razılaşma əldə etməliyik".
Bessent Çinlə razılaşmadan qayıtsa, məyus olacaqmı sualına Tramp belə cavab verib: “Xeyr, heç də yox”.
Keçən il Çinlə 1 trilyon dollarlıq kəsir yaşadıqlarını və ticarət etməməklə bu kəsiri doldurmadıqlarını söyləyən ABŞ Prezidenti, "Mən sadəcə Çinin böyük işlər görməsini istəyirəm. Mən Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə çox yaxınam. Ona və Çinə böyük hörmətim var, amma prezident olduğum zaman onların əvvəllər etdiklərini etməyə davam edə bilmərik" deyib.
ABŞ-nin maliyyə naziri Skott Bessent və ABŞ-nin ticarət nümayəndəsi Ceymison Qri həftəsonu İsveçrədə Çindən olan nümayəndələrlə görüşəcək.İsveçrədəki görüş Trampın Çin mallarına 145 % rüsum tətbiq etməsindən sonra iki ölkə arasında ilk rəsmi üz-üzə təmas olacaq.
Nigar Hacılı
"Cebheinfo.az"