Rusiyanın kosmik aparatı Hind okeana düşdü

Sovetlər dönəmindən qalma, yarım ton ağırlığında olan “Kosmos-482” adlı kosmik aparat 53 illik səfərinin ardından Hind okeanına düşüb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Rusiya Federal Kosmik Agentliyi ("Roskosmos") məlumat verib.
"Roskosmos"un yaydığı yazılı məlumatda aparatın taleyi ilə bağlı detallara yer verilib.
Bildirilib ki, “Kosmos-482” bu gün, saat 09:24-də Yer atmosferinə daxil olub və İndoneziyanın qərbində, Hind okeanına düşüb.
Qeyd edilib ki, aparat 1972-ci ildə Veneranı araşdırmaq məqsədilə kosmosa göndərilsə də, baş verən texniki nasazlıq səbəbilə Yer ətrafında eliptik orbitdə qalıb və planetə geri dönüb.
Əfsanə Rəcəb
"Cebheinfo.az"