Anna Netrebko axtarışa verildi

Rusiyanın Xalq artisti Anna Netrebko axtarışa verilib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə "Shot" teleqram kanalı məlumat yayıb. Bildirilib ki, Rusiyanın məhkəmə icraçıları 53 yaşlı sənətçinin axtarışa verilməsi ilə bağlı qərar qəbul ediblər.
Sankt-Peterburq məhkəməsi opera ifaçısının mənzilində qeyri-qanuni yenidənqurma elementlərinin olub-olmadığını yoxlamaq üçün onun Soyuza Peçatnikov küçəsindəki mənzilinə kommunal işçilərini buraxmağı əmr edib. Admiralty Rayon rəhbərliyi iki ilə yaxındır ki, bu qərarı həyata keçirməyə cəhd göstərir.
Lakin kommunal xidmət işçiləri sənətçi ilə əlaqə saxlaya bilməyib. İndi Netrebko məhkəmənin tələbini yerinə yetirməsə, ona hər ay 20 min rubl (412 manat) məbləğində cərimə tətbiq olunacaq.
“Arqumentı i faktı”nın yaydığı məlumatda isə qeyd olunub ki, Netrebko məhkəmənin qərarına tabe olmasa, o zaman cinayət məcəlləsinə görə məsuliyyətə cəlb edilə bilər. Belə ki, onun bir ilə qədər həbs oluna biləcəyi istisna edilmir.
Qeyd edək ki, müğənninin Rusiyada daha iki mənzili olsa da, kommunal xidmətlər hələ ki, onlarla problem yaşamayıb.
Xalq artisti Yusif Eyvazovdan boşanan Anna Netrebko hazırda Avstriyada yaşayır.(Axşam.az)
"Cebheinfo.az"