Ağalarovlar terror qurbanlarına 100 milyon rubl göndərdi

Ağalarovlar terror qurbanlarına 100 milyon rubl göndərdi

“Crocus Group” şirkətinin prezidenti Araz Ağalarov və oğlu Emin Ağalarov “Crocus City Hall”da baş vermiş terror aktında zərərçəkənlərə yardım üçün 100 milyon rubl göndərib.

"Cebhe.info" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə şirkətin saytında məlumat verilib.

Bildirilib ki, vəsait xəsarət alanların  ailələrinə müalicə, bərpa, reabilitasiya və digər ehtiyaclarını ödəmək üçün yönəldilib.

Şirkət həmçinin bildirib ki, Müslüm Maqomayev Fondu həlak olanların ailələrinə təcili və uzunmüddətli yardım üçün vəsait toplamağa başlayıb.

Yaxın vaxtlarda ianə toplanışında iştirak etmək istəyənlərin müraciətlərinə baxılması üçün “Çağrı mərkəzi” fəaliyyətə başlayacaq və vəsaitin xərclənməsi ilə bağlı hesabatlar fondun internet saytında dərc olunacaq.

Qeyd olunub ki, artıq bir çox sənət adamları, Ağalarovlar ailəsinin dostları və şirkətin biznes tərəfdaşları öz töhfələrini verəcəklərini bildiriblər.

"Cebhe.info"