Avropa Parlamenti yeni “erməni şou”suna hazırlaşır

Avropa Parlamenti 12 marta planlaşdırılan plenar iclasında Bakıda bir sıra cinayətlərə görə mühakimə olunan ermənilərlə bağlı məsələni müzakirə edəcək.
“Cebheinfo.az” xəbər verir ki, müzakirə “insan haqlarının, demokratiyanın və qanunun aliliyinin pozulması halları” ilə bağlı debatlar çərçivəsində baş tutacaq.
13 martda məsələ ilə bağlı qətnamə səsverməyə çıxarılacaq.
Beləliklə, Avropa Parlamenti növbəti dəfə siyasi şouya imza atacaq.
Ancaq qəbulu istisna edilməyən qətnamənin kağız parçasından heç bir fərqi olmayacaq.
Xəzər
“Cebheinfo.az”