Bu şirkət İsrailə uçuşları dayandırdı

Bu şirkət İsrailə uçuşları dayandırdı

Britaniyanın "easyJet" hava yolu şirkəti təhlükəsizlik səbəbilə oktyabrın 27-dək Təl-Əvivə uçuşları dayandırdığını açıqlayıb. 

"Cebhe.info" xəbər verir ki, şirkətdən verilən açıqlamada İsraildə davam edən vəziyyət səbəbiylə "easyJet"-in yay mövsümü də daxil olmaqla Tel-Əvivə uçuşlarının oktyabrın 27-dək dayandırılmasına qərar verib. 

Açıqlamada qeyd olunan tarixə qədər bileti olan sərnişinlərə pulun geri qaytarılması da daxil olmaqla müxtəlif variantların təklif ediləcəyi bildirilib. 

Nigar Hacılı 
"Cebhe.info"