Dəhşətli cinayət:Ana 10 aylıq oğlunu boğaraq öldürdü

Dəhşətli cinayət:Ana 10 aylıq oğlunu boğaraq öldürdü

Moskvanın cənub-şərqində mənzillərədn birində körpə metiyi tapılıb.

Məlum olub ki, uşaq öldürülüb. 

Cebhe.info Moskva üzrə İstintaq Komitəsinin Baş İstintaq İdarəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə sentyabrın 19-da Taqanroq küçəsindəki yaşayış binasındakı mənzildə baş verib. 10 aylıq uşağın cəsədinin üzərində boğulma əlamətləri olub.

Moskva prokurorluğunun mətbuat xidməti qeyd edib ki, ilkin məlumata görə, oğlan anası tərəfindən boğularaq öldürülüb.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 2-ci hissəsinin “c” bəndi ilə cinayət işi başlanıb. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (yetkinlik yaşına çatmayan uşağın öldürülməsi). Prokurorluq əlavə edib ki, uşağın anası hərtərəfli psixoloji və psixiatrik müayinədən keçəcək.

Bundan əvvəl Leninqrad vilayətində qadının yeniyetmə oğlunu bıçaqlayaraq ərini başqa bir uşağın gözü qarşısında öldürdüyü bildirilirdi.

Xəzər
Cebhe.info