Deputat olmaq istəyənlər üçün şərtlər AÇIQLANDI

Deputat olmaq istəyənlər üçün şərtlər AÇIQLANDI

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) 14 mayda keçiriləcək parlament seçkilərində namizəd olmaq istəyənlərə şərtləri açıqlayıb.

Cebhe.info xəbər verir ki, AKP bunun üçün yalnız bir şərt irəli sürüb.

Belə ki, AKP-nin namizədi olmaq istəyən şəxs zəlzələnin yaratdığı dağıntıların aradan qaldırılması məqsədi ilə fonda 20 min lirə (1800 manat) ödəməlidir.

Bu şərt kişi namizədlər üçün nəzərdə tutulur. Qadınlar və 18-30 yaş arası gənclər isə namizəd olmaq üçün 10 min lirə (900 manat), fiziki məhdudiyyətli şəxslər isə 5 min lirə (450 manat) ödəməlidir.

Qeyd edək ki, vəsaitlər Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinə köçürüləcək.

Vilayət Muxtar
Cebhe.info