Əfqanıstanda daşqında ölənlərin sayı 50-yə çatıb

Əfqanıstanda daşqında ölənlərin sayı 50-yə çatıb

Əfqanıstanın 34 əyalətində aramsız yağan yağış sel və daşqınlara səbəb olub.

"Cebhe.info" xəbər verir ki, Əfqanıstan Milli Fəlakət Agentliyinin sözçüsü Janan Saeq jurnalistlərə açıqlamasında bildirib ki, bir neçə gündür yağan aramsız yağışlar bölgədə böyük fəsadlar törədib.

Onun sözlərinə görə, daşqın nəticəsində 50 nəfər ölüb, 36 nəfər isə yaralanıb.

O bildirib ki, daşqın nəticəsində 600-dən çox ev, 1950 hektar kənd təsərrüfatı sahəsi və 75 kilometr yol zədələnib, 200-dən çox mal-qara tələf olub.

Saeq həmçinin yardım təşkilatlarının dəstəyi ilə seldən zərər çəkmiş 22 min 851 ailəyə yardım etdiyini və zərər çəkmiş bölgələrə yardımların çatdırılması prosesinin davam etdiyini vurğulayıb.

Ləman İsmayıl
"Cebhe.info"