Ermənistan XİN başçısı Macarıstana səfər edəcək
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan mayın 6-da Macarıstana rəsmi səfərə gedəcək.
Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Səfər zamanı o, Macarıstanın yüksək vəzifəli rəsmiləri, o cümlədən xarici işlər naziri Peter Siyarto ilə görüşəcək.
Danışıqlardan sonra A.Mirzoyan və P.Siyarto birgə mətbuat konfransı keçirəcəklər.
"Cebhe.info"