Fransa “B planı”na keçir

Fransa “B planı”na keçir

Fransanın kəşfiyyat xidmətləri Parisdə Olimpiya Oyunlarının açılış mərasiminin keçirilməsini tövsiyə etmir. 

“Cebhe.info” xəbər verir ki, bu barədə “Europe1” radiostansiyası ölkənin Daxili Təhlükəsizlik Baş İdarəsindəki mənbələrə istinadən məlumat yayıb.

Fransa Daxili İşlər Nazirliyi yüksək terror təhlükəsi səbəbindən “B planı”na keçməlidir. Qeyd olunur ki, idarənin rəisi Jerar Darmaninə Oyunların açılış günü koordinasiyalı hücum ssenarisi təhlükəsi barədə məlumat veriləcək.

Məlumatda bildirilir ki, təhlükəsizlik xidmətləri Sena çayının sahilində idmançıların paradının hazırkı formatını çox riskli hesab edir.

Xatırladaq ki, Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi iyulun 26-na təyin edilib. Tədbir avqustun 11-dək davam edəcək.

Bundan əvvəl Rusiya hökuməti rusiyalı idmançılara Olimpiadaya getməyi tövsiyə etmişdi. Ötən ilin sonunda BOK onlara fərdi yarışlarda neytral statusa icazə vermişdi. 

Xəzər
“Cebhe.info”