Fransada dəhşətli qasırğa: 180 min ev...

Fransada dəhşətli qasırğa: 180 min ev...

Fransanın dəniz kənarındakı Reunion adasını qasırğa “vurub”.

"Cebheinfo.az" xəbər verir ki, Fransanın dəniz kənarındakı ərazilərindən biri olan Reunion adasında “Garance” qasırğasının təsirli olduğu açıqlanıb.

Sürəti saatda 155 kilometrə çatan qasırğanın avtomobilləri sürüklədiyi, binaların damlarını uçurduğu və 180 min evi işıqsız qoyduğu bildirilir.

Nigar Hacılı 
"Cebheinfo.az"