Hindistanda qayıq batıb: 6 nəfər ölüb

Hindistanda qayıq batıb: 6 nəfər ölüb

Hindistanın Cammu Kəşmir bölgəsində qayığın batması nəticəsində 4-ü uşaq olmaqla 6 nəfərin həlak olduğu, 10 nəfərin isə hələ də itkin düşdüyü bildirilib.

"Cebhe.info" Hindistanın "NDTV" kanalına istinadən xəbər verir ki, qayıq Cammu Kəşmirin Şrinaqar şəhərində Jelum çayı üzərində tikilməkdə olan körpünün ayağına çırpılaraq aşıb.

Səlahiyyətlilər batmış qayıqda 4-ü uşaq olmaqla 6 nəfərin öldüyünü, 10 nəfərin isə itkin düşdüyünü açıqlayıb.

Bildirilib ki, Dövlət Fəlakətlərə Cavab Qüvvələri (SDRF) itkin düşənlərin axtarış-xilasetmə işlərini davam etdirir.

Nigar Hacılı 
"Cebhe.info"