İran Ermənistanla əlaqələri genişləndirir - Səfirdən açıqlama

İran Ermənistanla əlaqələri genişləndirir - Səfirdən açıqlama

İranın Ticarətin İnkişafı Təşkilatının rəhbəri yaxın vaxtlarda Ermənistana səfər edəcək. 

“Cebhe.info”nun məlumatına görə,  İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sübhani keçirdiyi mətbuat konfransında belə deyib.

O, bu səfər zamanı ticarətin inkişafı ilə bağlı razılaşmaların əldə olunacağına ümid etdiyini bildirib. Diplomat həmçinin, İranın Limanlar və Gəmiçilik Təşkilatının rəhbərinin Ermənistana səfər edəcəyini açıqlayıb.

“Ermənistan rəsmilərinin Çabahar limanına səfərinin mümkünlüyü müzakirə olunur. Ermənistan bu limanda İran, Hindistan və ümumilikdə cənubla ticarətin inkişafına töhfə verəcək mərkəzin açılmasında maraqlıdır”, - deyə Sübhani qeyd edib.

Müşfiq Abdulla 
 “Cebhe.info”