İran nəyə hazırlaşır? - Hava limanları bağlandı
Tehranın iki böyük hava limanında- İmam Xomeyni və Mehrabad beynəlxalq hava limanlarında bütün beynəlxalq reyslər ləğv edilib.
"Cebhe.info" xəbər verir ki, bu barədə İranın "Mehr" xəbər agentliyi məlumat yayıb.
Hava limanları yerli vaxtla saat 10:30-a qədər fəaliyyətini dayandırıb.
Sərnişinlərə bu müddət ərzində bu hava limanlarından uzaq durmaq tövsiyə olunub.
Nigar Hacılı
"Cebhe.info"