Kazanda forum keçiriləcək

Kazanda forum keçiriləcək

BRİKS İdman Oyunları çərçivəsində Tatarıstanın paytaxtı Kazan şəhərində BRİKS ölkələrinin (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) idman nazirlərinin iştirakı ilə forumu keçiriləcək.

"Cebhe.info" xəbər verir ki, bu barədə Tatarıstanın idman naziri Vladimir Leonov bildirib.

“BRİKS İdman Oyunları çərçivəsində BRİKS ölkələrinin idman nazirlərinin iştirak edəcəyi bir forum və ya sammit təşkil edəcəyik”, - deyə nazir bildirib.

Onun sözlərinə görə, forum ilkin olaraq 21-24 iyun tarixlərində keçiriləcək:

“Məhz tatarların Kazanda keçiriləcək milli bayramı Sabantuy yay festivalına bütün nazirlər, eləcə də idmançılar dəvət olunacaq.

Xatırladaq ki, BRİKS İdman Oyunları12-23 iyun tarixlərində Kazanda keçiriləcək.

Nigar Hacılı 
"Cebhe.info"