Məhşur rejissor Rusiya vətəndaşı olmaq istəyir

Məhşur rejissor Rusiya vətəndaşı olmaq istəyir

Serb kinorejissoru və musiqiçi Emir Kusturika müsahibəsində bildirib ki, o, artıq özünü Rusiya vətəndaşı hesab edir və sonradan rəsmi Rusiya vətəndaşı ola bilər.

"Cebhe.info" bu barədə "TASS"a istinadən xəbər verir.

"Mən artıq Rusiya vətəndaşıyam, çünki onu çox sevirəm. Mən ümumiyyətlə dünya vətəndaşıyam, xüsusən də Rusiya vətəndaşıyam. Bəlkə də rəsmi şəkildə vətəndaş olacam, niyə də olmasın. Mən Serbiya və Fransa vətəndaşıyam. Niyə Rusiya vətəndaşlığını almamalıyam ki?", - deyə Emir Kusturika bildirib.

Kinorejissor gələcəkdə Rusiyada məşhur olan digər serb aktyoru Miloş Bikoviçlə əməkdaşlığı istisna etmir: "Əgər onun üçün bir rol varsa, niyə də olmasın".

Nigar Hacılı 
"Cebhe.info"