Moskvada ticarət mərkəzi boşaldılıb

Moskvada ticarət mərkəzi boşaldılıb

Rusiya paytaxtı Moskvanın şimal-qərbində yerləşən “Şuka” ticarət mərkəzi bomba təhlükəsi ilə əlaqədar boşaldılıb.

Bu barədə TASS-a Rusiya hüquq-mühafizə orqanlarından məlumat verilib.

“Şuka” ticarət mərkəzi partlayış təhlükəsi ilə əlaqədar boşaldılıb, insanlar mərkəzdən təxliyə edilib. Hadisə yerində polis və kinoloqlar işləyir”, - agentliyin həmsöhbəti bildirib.

Onun sözlərinə görə, yaxınlıqdakı ərazi də yoxlanılır və təhlükə barədə məlumat verən şəxsin kimliyi müəyyənləşdirilir.

"Cebhe.info"